İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İnnovasiyalı biznesin inkişafı məqsədilə Təkliflər hazırlanıb

16.07.2014 [13:12]

Fontu böyüt:      

Azərbaycan İnternet Forumu tərəfindən Startup Azərbaycan 2014 Layihəsi çərçivəsində Azərbaycanda innovasiyalı biznesin inkişafına kömək məqsədilə TƏKLİFLƏR hazırlanıb.
Azərbaycan İnternet Forumu tərəfindən Startup Azərbaycan 2014 Layihəsi çərçivəsində Azərbaycanda innovasiyalı biznesin inkişafına kömək məqsədilə  TƏKLİFLƏR hazırlanıb.

Təkliflər Startup Azərbaycan 2014 Layihəçi çərçivəsində keçirilən yekun tədbirlərdə, Startup Azərbaycan 2014 Milli Konfransında  irəli sürülən təkliflər və rəylər, həmçinin innovativ biznes sahəsində çalışan müstəqil ekspertlərin təqdim etdiyi təkliflər əsasında hazırlanıb.

Təkliflər əsasən  ölkədə İT sahəsində sahibkarlığın inkişafına və bu sahəyə dövlət dəstəyinin, özəl və fərdi investorların cəlb olunmasının güclənməsinə,  innovasiyalı biznesin təşviq edilməsinə, milli startup ekosisteminin formalaşmasına yönəlib.

Təkliflərdə Texnoparkın rezidenti olan hüquqi və fiziki şəxslərin yalnız texnopark ərazisində fəaliyyət göstərməsini nəzərdə tutan vergi güzəştlərinin texnopark ərazisindən kənardakı fəaliyyətə də şamil edilməsi nəzərdə tutulub.

Təkliflərdə ilkin inkişaf dövrünü yaşayan milli startupların inkişafı üçün, qlobal bazara çıxacaq startupların dəstəklənməsi üçün xüsusi Proqramın hazırlanması öz əksini tapıb. Prioritet istiqamətlər üzrə maraqlı və cəlbedici innovativ layihələrə yüksək məbləğdə qrantlar verilməsi üçün İT-nin inkişafı Dövlət Fondunda  xüsusi ekspert-işçi qrupunun  yaradılması, bu  istiqamətlər üzrə qrant müsabiqələrinin  təşkil edilməsi qeyd olunub.
Təkliflərdə Startup Azərbaycan yarışmalarında, o cümlədən digər müsabiqə və yarışmalarda  qalib gələn, həmçinin YT Parkda fəaliyyət göstərən seçilmiş layihələrin dövlətin dəstəyi ilə MDB, ABŞ, Türkiyə və Avropa səviyyəli müxtəlif tədbirlərdə və müsabiqələrdə iştirakına dəstək verilməsi, viza və səfərlərin təşkilinə köməklik göstərilməsi qeyd olunub.

Təkliflərdə fərdi  investorların innovativ layihələrə investisiya yatırımlarının stimullaşdırılması, burada risklərin sığortalanması üçün qanunvericilik  bazasının  araşdırılması  və beynəlxalq təcrübədən istifadə etməklə yerli hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulub. Həmçinin vençur şirkətlərin formalaşması və inkişafının da stimullaşdırılması qeyd edilib.

Təkliflərdə Yüksək Texnologiyalar Parkında proqramçı və dizaynerlərin hazırlığı üzrə xüsusi proqram əsasında müntəzəm davam edən  kurslar təşkil edilməsi ilə bağlı müddəalar da yer alıb.

Təkliflərdə Elektron ticarətə vergi güzəştlərinin tətbiq edilməsi məsələsinə baxılması və bu məqsədlə maraqlı tərəflərin iştirakı ilə müzakirələrin təşkil edilməsi nəzərdə tutulub.
Eyni zamanda PayPal şirkətinin Azərbaycanda fəaliyyətinin təmin edilməsi istiqamətində də addımların atılması məqsədəuyğun hesab edilib.

Təkliflər ötən gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə  təqdim edilib .
Təkliflərin tam mətni : http://www.startup.az/


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar