Fontu böyüt:
“Netcraft” tədqiqat şirkəti Şəbəkədə olan sayt və bloqların sayına dair statistik məlumatlar təqdim edib.
Analitiklərin məlumatlarına əsasən, 1 dekabr 2009-cu il tarixinə olan vəziyyətə görə internetdə 233 848 493 sayt qeydə alınıb ki, bu, ötən ayın göstəricilərindən 212 000 sayt çoxdur. Şəbəkədə saytların orta aylıq artımı bir qayda olaraq 1 milyondan 2 milyonadəkdir.
“Netcraft” nümayəndələri budəfəki artım tempinin belə az olmasına dair olduqca sadə səbəb gətirilər. Onların fikrincə, Yeni İl və Milad bayramları qabağı istifadəçilər və şirkətlər internetdə yeni layihələrə vəsait ayırmaqdan, işlərini artıq mövcud resurslar üzərində qurmağa daha çox üstünlük verir.
Cari il ərzində internetdə 47 milyon yeni sayt yaradılıb. Bu saytlardan 7 milyonu fəal qaydada yenilənir və həmin resursların daxilolma göstəriciləri müntəzəm olaraq yenilənir. Qeydiyyatda olan domenlərin sayı bütün zonalar üzrə təxminən 235 milyona çatıb.