Fontu böyüt:
NBC News-un məlumatına görə Əl-Qaidənin internet kanalı xaker hüçümu nəticəsində fəaliyyətini dayandırıb. Terror təşkilatının internet fəliyyətini uzun müddət izləyən ekspertlər bildiriblər ki, artıq Əl-Qaidə-nin internetə heç bir çıxışı qalmayıb. Xaker hücumu son bir neçə gün ərzində baş tutub. Hələ ki hücumun kim tərəfindən törədilməsi məlum deyil. Lakin sifarişçinin hakimiyyət orqanları olması ilə bağlı məlumatlar yayılıb
Bir müddət əvvəl Əl-Qaidənin ingilis dilli saytı da xaker hücumuna məruz qalmış və fəaliyyətini dayandırmışdı.