Fontu böyüt:
Azərbaycanın aparıcı mobil rabitə operatorlarından olan “Bakcell ” şirkəti yeni “Sənə Zəng Etmişdim” xidmətini istifadəyə verib
“Sənə Zəng Etmişdim” Xidməti abonentlər üçün telefonun söndürülməsi və ya əhatə dairəsi xaricində olması zamanı bu səbəbdən qəbul edilməmiş 20-dək zəng barədə məlumat almağa imkan verən pulsuz xidmətdir.
“Sənə Zəng Etmişdim” xidmətinin aktivləşdirilməsi üçün:
1. Telefonun menyusundan “SMS Göndər” bölməsini seçmək
2. Mətn yerinə “555” yazmaq
3. Bu mətni “5959” nömrəsinə göndərmək gərəkdir
Qeyd edək ki, “Bakcell Ltd” MMC 1994-cü ildə etibarən fəaliyyət göstərir.