Fontu böyüt:
İRƏLİ” İctimai Birliyinin history.az saytı qısa müddətli fəaliyyətinə baxmayaraq, Gənclər və İdman Nazirliyi tərəfindən “Beynəlxalq aləmdə Azərbaycan tarixini təbliğ edilməsi”nə görə və ilin ən yaxşı saytı olaraq Netyy mükafatına layiq görülüb.
Sayt ehtiyacı olan tarixi materialı tapmaqda çətinlik çəkən və saatlarla kitabxanada vaxt itkisi ilə üzləşən oxuculara Azərbaycan tarixinə dair bütün məlumatları asan şəkildə əldə etmək şansı verir. Ən çox yüklənən kitablar da kitabxanalarda olmayan çox az tapılan tələbələr üçün dərs vəsaiti sayılan kitablardır.
Oxucuların nəzərinə, bu günə qədər history.az saytında 228 kitab, 47 sənəd, 4 məqalə elektronlaşdırılıb. Dekabr ayından bu günə kimi 162.423 kitab yüklənilib. “İRƏLİ” İctimai Birliyinin Tarix Mərkəzi layihənin sonunda Azərbaycan tarixinə dair 300 kitabın elektronlaşdırılmasını planlaşdırır.
En çox yüklənən kitablar kitabxanalarda olmayan çox az tapılan tələbələr üçün dərs vəsaiti sayılan kitablardır.