İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyəti ilə bağlı dəyirmi masa keçirilib

14.10.2009 [19:53]

Fontu böyüt:      


Bu gün Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyətinin araşdırılması, beynəlxalq media qurumlarının təcrübəsinin öyrənilməsi və onlarla əməkdaşlıq əlaqələrinin qurulması” layihəsi çərçivəsində dəyirmi masa keçirilib.

BAMF-ın mərkəzi ofisinin iclas zalında təşkil olunan dəyirmi masada Azərbaycan mətbuatının mövcud durumu, beynəlxalq təcrübə və əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı səmərəli müzakirə aparılıb. Tədbiri açan BAMF-ın proqramlar departamentinin rəhbəri Siyab Məmmədli həyata keçirilən layihə ilə bağlı dəyirmi masa iştirakçılarına ətraflı məlumat verib.

Mətbuat üzrə beynəlxalq ekspert Azər Həsrət Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyəti, beynəlxalq media qurumları ilə əməkdaşlıq əlaqələri ilə bağlı məruzəsində qarşıda duran vəzifələrdən danışıb.

BAMF-ın nümayəndəsi Rey Kərimoğu yerli KİV-lər və media qurumları arasında aparılan sorğu haqqında ümumi məlumat verərək, yekunda nəticələrin təhlil olunacağını bildirib.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının üzvü, Azərbaycan Mətbuat Şurasının sədr müavini, JuHİ sədri Müşfiq Ələsgərli layihənin vacib məsələyə toxunduğunu, beynəlxalq əlaqələrin qurulmasının zəruriliyini vurğulayıb.

Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının rəhbəri Qafar Çaxmaqlı ölkəni beynəlxalq aləmdə bəzən təsadüfi adamların və qurumların təmsil etməsi ilə qarşılaşdığını, ona görə də milli mətbuatın inkişafına dəstək göstərənlərin beynəlxalq əməkdaşlığa cəlb edilməsinin vacibliyini söyləyib.

Müzakirələrə qoşulan Azərbaycan Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, “Ədalət” qəzetinin təmsilçisi Ceyhun Musaoğlu, “Şərq” qəzetinin redaktoru Rəşad Baxşəliyev və Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Komitəsinin nümayəndəsi Laura Cəbrayıllı beynəlxalq təcrübənin öyrənilməsi, əməkdaşlıq əlaqələrinin qurulması üçün qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyətindən,  bu səfərlərə dövri mətbuatda çalışan jurnalistlərin cəlb olunmasının vacibliyindən söz açıblar.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndəsi Arif Ələsgərli dövlətin mətbuata diqqətinin nəticəsi kim yaradılan Fondun maliyyələşdirdiyi layihələrin mahiyyətindən və layihələrin icrası ilə bağlı ictimaiyyətin məlumatlandırılmasının vacibliyindən danışıb.

Tədbirdə Zərdabi Mətbuat Mərkəzi, RUH Azərbaycan Jurnalistlərinin Müdafiə Komitəsi, Demokratik Jurnalistlər Liqası, Azərtac Dövlət Agentliyi, APA, “Yeni Müsavat” qəzeti, “525-ci qəzet” və digər mətbu orqanların nümayəndələri iştirak edib.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar