Bu gün Tailandın paytaxtı Banqkoq şəhərində BMT-nin Asiya və Sakit okean üzrə iqtisadi və sosial komissiyasının (UNESCAP) İnformasiya və Kommunikasiya Texnologiyaları Komitəsinin 1-ci iclası başlayır. İki gün davam edəcək iclasda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi də iştirak edir.
Bu gün Tailandın paytaxtı Banqkoq şəhərində BMT-nin Asiya və Sakit okean üzrə iqtisadi və sosial komissiyasının
(UNESCAP) İnformasiya və Kommunikasiya Texnologiyaları Komitəsinin 1-ci iclası başlayır. İki gün davam edəcək iclasda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi də iştirak edir.
Tədbirdə Asiya və Sakit okean regionunda informasiya texnologiyaları sahəsinin cari vəziyyəti, tətbiqi və inkişafı barədə müzakirələr aparılacaq, məruzələr dinləniləcək. Həmçinin tərəflər regionda bu sahədə yeni layihələrin həyata keçirilməsini mümkünlüyü barədə fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, iclasdan əvvəl – 18-19 noyabr tarixlərində işçi qrupun ekspertlərinin iclası keçirilib.
xeberler.az