Fontu böyüt:
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RTYN) "Rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramı və Azərbaycanda telefon rabitəsinin yaradılmasının 133 illiyi” ilə əlaqədar keçirdiyi "Texnologiyalar və biz" foto müsabiqəsinin nəticələri gələn ilin əvvəli açıqlanacaq. Məlumatı Xeberler.az-a RYTN-nin baş məsləhətçisi Şəbnəm Məmmədova verib.
Baş məsləhətçi bildirib ki, fotolar münsiflərə təqdim edilib, lakin cavablar müsabiqə komissiyasından onlara hələ daxil olmayıb. Müsabiqəyə təqdim olunan şəkillərin sayı təqdimatda açıqlanacaq.
Oktyabrın 20-dəda start götürən müsabiqə noyabrın 20də yekunlaşıb. Müsabiqənin məqsədi isə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun dinamik inkişafı, əldə edilən uğurlar və həyata keçirilən genişmiqyaslı işlər barədə ictimaiyyəti məlumatlandırmaq, insanları gündəlik həyatlarında internet, yeni texnologiyalar, elektron həllər və xidmətlərdən istifadəyə təşviq edərək, onların bu proseslərdə iştiraklarını stimullaşdırmaqdan ibarətdir.
Jalə Şahinqızı