Fontu böyüt:
Botanika Bağı yerləşən ərazidə Bakcell şəbəkəsi kənar müdaxilə ilə üzləşib. Nəticədə şirkətin həmin ərazidəki şəbəkəsində problemlər yaranıb.
Azərbaycanın mobil operatoru Bakcell paytaxtın Botanika Bağı yerləşən ərazisinin sakinlərindən baş vermiş bu kənar müdaxiləyə və şəbəkədə yaranmış problemlərə görə üzr istəyir. Xeberler.az-a verilən məlumata görə, Bakcell şirkəti baş vermiş məsələni araşdırılır və ümid edir ki, problem iyulun 1-dən gec olmayaraq həll olunacaq. Hər hansı bir sual yaranarsa, abunəçilər Bakcell-in Məlumat Mərkəzinə - 555-ə zəng edə bilərlər.