İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Jurnalistlər üçün 4 nəfərlik beynəlxalq magistr proqramı həyata keçirilir

15.07.2009 [12:44]

Fontu böyüt:      


Xəzər Universiteti, Gürcüstanın İctimai İşlər İnstitutu ABŞ-ın Bakıdakı səfirliyi ilə birgə Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu aparır.

Azərbaycandan seçiləcək dörd nəfər tələbə 2009-11 tədris ilində Bakıda və Tbilisi şəhərində təhsil alacaqlar. Jurnalistika üzrə dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılacaq. Adı çəkilən məktəbin müəllim heyyəti və tədris planı mərkəzi Vaşinqton şəhərində yerləşən “Jurnalistlər üçün Beynəlxalq Mərkəz” və Luiziana Universitetinin Manşip məktəbi ilə birgə hazırlanıb. Bu proqram Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə ABŞ-ın Dövlət departamenti tərəfindən maliyyələşdirilir.

Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.

Hər il region ölkələrində peşəkar jurnalistlər və digər ixtisaslar üzrə ali təhsili olanlar arasında keçirilən müsabiqə yolu ilə 25 tələbə bu proqram üzrə təhsil almaq üçün seçilir. Həm çap, həm də tele-radio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və tomlanmış təcrübə prinsipləri üzərində qurulub və faktlarla əsaslanan peşəkar xəbər çatdırılmasını nəzərdə tutur.

Burada həmçinin idarəçilik üsullarına və iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq. Tələbələrin kompyuter, radio və video avadanlıqlardan, İnternet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr Brosse Street Journal adlanan jurnalın həm çap, həm də internet versiyasını buraxacaq və GİPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar.

Tədris İngilis və Azərbaycan dillərində aparılır.

Proqram 2009-cu ilin oktyabrından 2011-cu ilin may ayınadək olmaqla dörd semestri əhatə edəcək. I, və IV semestrlər Bakıda əməkdaşığa cəlb olunan Xəzər Universitetində keçiriləcək. Tələbələr 2010-cu ilin 11 ayını (yanvar-dekabr) Gürcüstanda təhsillərini davam etdirəcəklər. 2011-ci ilin may ayında onlar diplom işlərini müdafiə etmək üçün yenidən məkətəbə qayıdacaqlar.

ABŞ-ın Bakıdakı səfirliyi tələbələri Gürcüstanda olan zaman təqaüdlə təmin edəcək.

Qəbul üçün prosedur: İngilis dilindən test (TOEFL), inşa (Azərbaycan dilində) və bu ilin sentryabrında Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin keçirəcəyi müsahibə. Sənədlərin qəbulu üçün son müddət 2009-cu ilin oktyabrın 1-dir.

Əlavə məlumat və sənədlərin təhvili üçün proqramın yerli təmsilçisi İlqar Xudiyevl saxlamaq lazımdır (E-mail:  [email protected],
Tel: 050 319 66 80).


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar