Fontu böyüt:
Microsoft və Novell birgə fəaliyyət barədə məlumat verdilər. 2006-cı ilin razılaşmasına əsasən Microsoft Novell SUSE Linux sertifikatlarını almaq üçün 100 mln dollar xərcləyəcək. Kompaniyalar texnologiyaların virtualizasiyası, birləşdirilməsi və idarə edilməsi ilə də birlikdə məşğul olacaqlar.
Röytersin məlumatına görə, ödəniş 2008-ci il noyabrın 1-də həyata keçirilməlidir.
Bu ittifaq açıq əməliyyat sistemlərindən birlikdə istifadə edənlər üçün vacibdir.