İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

HTC apreldə Azərbaycanda yeni modellərinin satışına başlayır

27.03.2012 [14:44]

Fontu böyüt:      

Dünyanin aparıcı smartfon istehsalçılarından olan HTC 2012-ci ilin II rübündə Azərbaycanda One seriyalı smartfonların satışına başlayacaq. Azərbaycanla bərabər dünyanın əksər ölkələrində 130-dan çox təchizatçı və distribyutorlar da HTC One smartfonlarının satışlarına başlayacaq. Azərbaycanda HTC One seriyalı smartfonların X, V və S modelləri satılacaqdır.

Dünyanin aparıcı smartfon istehsalçılarından olan HTC 2012-ci ilin II rübündə Azərbaycanda One seriyalı smartfonların satışına başlayacaq. Azərbaycanla bərabər dünyanın əksər ölkələrində 130-dan çox təchizatçı və distribyutorlar da HTC One smartfonlarının satışlarına başlayacaq. Azərbaycanda HTC One seriyalı smartfonların X, V və S modelləri satılacaqdır.

Şirkətin premium təcrübəsindən bəhrələnərək hazırladığı HTC One seriyası HTC Sense 4 texnologiyalı Android 4.0 əməliyyat sistemini, HTC ImageSense texnologiyasını təqdim edən HTC-nin brendləşdirilmiş istifadəçi təcrübəsinin yeni versiyasını, HTC One qurğusunu digər telefonlardan fərqləndirən kamera və müxtəlif şəkil xüsusiyyətlərini inteqrasiya edir. 

ImageSense kamera texnologiyası ilə HTC One ənənəvi rəqəmli kameralarla rəqabətə qoşulur. Qeyd etmək lazımdır ki, kameranın, demək olar, hər bir hissəsi (linzalar, sensor, proqram təminatı) təkmilləşdirilmiş və hətta yeni HTC İmageChip proqramı daxil edilmişdir. Həmin təkmilləşdirmələr nəticəsində sürətli şəkil çəkilişinə, müxtəlif şəraitlərdə çəkilən şəkillərin əla keyfiyyətinə və çox rahat interfeysə nail olunmuşdur. 

İlk dəfə olaraq HTC One-da Beats Audio™ texnologiyası quraşdırılıb ki, bu da sevdiyiniz musiqini dinləyərkən, YouTube-da video izləyərkən və ya oyun oynayarkən daha mükəmməl səs əldə etməyə imkan verir. HTC One həmçinin kompüterə qoşulduğu zaman avtomatik şəkildə yüklənilən HTC Sync Manager proqram təminatı vasitəsilə telefonunuzda olan musiqiləri dinləməyə imkan verir. Qoşulduğu anda musiqi pleyerinidən, o cümlədən iTunes-dən, musiqiləri, ifaçı siyahısını və müxtəlif musiqi xəttlərini yükləmək çox asandır. İlk dəfə sinxronlaşmadan sonra siz musiqi siyahınızı avtomatik şəkildə yeni saxlamaq üçün Wi-Fi-dan istifadə edə bilərsiniz.

HTC One musiqini istənilən yerə, o cümlədən avtomobilinizə aparmağa imkan verir. HTC One ilə HTC Car Stereo Clip sistemindən istifadə edərək smartfondakı musiqini avtomobilin musiqi sisteminə keçirməyə imkan verir. O, həmçinin dünyanın 50 mindən çox radiostansiyalarına qoşulmağa və ya istənilən servisdən musiqini ifa etdirməyə və ya avtomobilizinin dinamiklərinə qoşulmağa imkan erir. Bütün qeyd olunanlar olduğunuz məkandan asılı olmayaraq sevdiyiniz musiqini Beats Audio və HTC Car vasitəsilə dinləməyə imkan verir.


HTC One X smartfonu mükəmməl polikarbonat korpusa malikdir. Dəmir kimi möhkəm olan korpus çox yüngüldür. Tikişsiz konstruksiyalı korpusun üz hissəsi yüksək keyfiyyətli parlaq “piano” materialından hazırlanıb, arxa hissəsi isə tutqun örtüklüdür. NVIDIA® Tegra 3 Mobil Prosessoru ilə təchiz edilmiş HTC One daha açıq qrafika, sürətli proqramlar və uzunömürlü batareyanı təqdim edir. O, inteqrasiyalı Battery Saver Core və yüksək məhsuldarlıqlı 12-Core NVIDIA® GPU ilə 1.5 GHz-lıq dörd-nüvəli Super 4-PLUS-1™ daxil edir. HTC One smartfonu Corning™ Gorilla Glass ilə qorunan 3-D şüşəli mükəmməl 4.7-düymlük 720p HD ekrana malikdir. HTC One X həm də 1.5- GHz-lıq LTE Qualcomm Snapdragon S4 prosessoru ilə təchiz edilə bilər. ABŞ-ın AT&T dükanlar şəbəkəsində o, HTC One X kimi, dünyanın digər 4G LTE bazarlarında isə HTC One XL kimi tanınacaq.


HTC One S daha kiçik ölçülü güclü smartfon arzusunda olan insanlar üçün nəzərdətutulmuşdur. O, iki-nüvəli Qualcomm Snapdragon S4 prosessoruna və Corning™ Gorilla Glass texnologiyasılə qorunan 3-D şüşəli 4.3-düymlük ekrana malikdir. HTC-nin innovativ metal üslubunda hazırlanmış HTC One S smartfonu istehlakçılara şirkətin bu günə qədər yaratdığı ən nazik (7.9 millimetr) telefonunu təqdim edir. HTC One S smartfonu innovativ mobil telefonlar sahəsində yeni mərhələyə qədəm qoyacaq iki yenilik təqdim edir. Birinci – əslində peyklərdə istifadə üçün nəzərdə tutulan “microarc oxidation” (oksidləşmə) nəticəsində əldə edilmiş qara rəngli ultra-tutqun keramik metal örtüyü. İkinci – işıq və kölgə arasında olduqca hamar qradiyent keçidini yaradan yeni patentləşdirilmiş proseslə anodlaşma yeni mərhələyə çıxarılmışdır.


HTC Legend-in klassik, mükafat qazanmış dizaynından istifadə edilməklə hazırlanmış HTC One V heyranedici kamera və orijinal səsi təmin edən geniş imkanlı və premium təcrübəli smartfondur. O, peşəkarlıq və keyfiyyət saçan sadə və simvolik alyuminium dizaynlı korpusa malikdir.



HTC One seriyası aprel ayından başlayaraq 2012-ci il ərzində qlobal səviyyədə fəaliyyət göstərən 130-dan çox təchizatçı və distribyutor tərəfindən bütün dünya üzrə yayılacaq. 

 

Weboxu.com


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar