Fontu böyüt:
Azərbaycanın xalq artisti Eldar Axundov “Azərbaycan Televiziya və Radio Verilişləri” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib. AzTV-də müqavilə əsasında çalışan E.Axundov sonradan müqavilə müddətinin uzadılmaması səbəbindən oradan ayrılmaq məcburiyyətində qalıb.
O, Səbail rayon Məhkəməsinə müraciət edərək qarşı tərəfdən əmək haqqı və mənəvi ziyanın ödənilməsini tələb edib (tələb olunan məbləği dəqiqləşdirmək mümkün olmayıb). Lakin E.Axundovun iddiası təmin olunmayıb.
Xalq artisti daha sonra Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Hazırda işə ikinci instansiya məhkəməsində baxılır.
E.Axundov Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solistlərindən biridir. Ona Xalq artisti fəxri adı 2006-cı ildə “Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə və Silahlı Qüvvələrdə uzunmüddətli məhsuldar işinə görə” verilib.