21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanallarda milli-mənəvi dəyərlərin qorunması ilə bağlı yaranmış problemlərin həlli üçün təkliflər hazırlayıb, müvafiq qurumlara təqdim edəcək.Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.
Onun sözlərinə görə, hazırda telekanallarda 5 min nəfərdən artıq işçi çalışsa da, onların böyük əksəriyyəti ixtisasca jurnalist deyil və peşəkarlıq tələblərinə cavab vermirlər. Buna görə də Şura Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində telejurnalistika ixtisası üzrə plan yerlərinin artırılması üçün Təhsil Nazirliyinə müraciət edəcək.
Şuranın digər təklifi Mədəniyyət və Turizm Nazirliyinə ünvanlanacaq. N.Məhərrəmlinin sözlərinə görə, Azərbaycan dilində filmlərin azlığı efirə yerli məhsullar verilməsi baxımından ciddi problemlər yaradır: “Hər il dövlət xətti ilə səkkiz film çəkilir, lakin bu filmlərin heç biri telekanallarda nümayiş etdirilmir. Əgər bu filmlər dövlət büdcəsi hesabına çəkilirsə, nəyə görə ictimaiyyət bunu görməməlidir? Digər tərəfdən, sovet dövründə çəkilmiş filmlər telekanallara simvolik qiymətlərlə satılmalıdır. Çünki bu filmlər üçün vaxtilə dövlət pul ödəyib. Ona görə də “Azərbaycanfilm” kinostudiyasının və Kinorejissorlar Gildiyasının “Arşın mal alan” filminin bir dəfə göstərilməsi üçün 150 manat alması düzgün deyil”.
Şura sədri deyib ki, MTRŞ-nın təklifləri arasında vahid televiziya arxivinin yaradılması ideyası da var: “Azərbaycan tarixi ilə bağlı elə hadisələr olur ki, onlar mütləq vahid televiziya arxivində saxlanılmalıdır. Çünki 50 ildən sonra yaranan televiziyalar bu materiallardan istifadə etməlidir”.MTRŞ İnzibati Xətalar Məcəlləsinin (İXM) “Televiziya proqramlarına qoyulan tələblər” bölümündə müəyyən dəyişikliklərin edilməsini də istəyir: “Əgər proqramda eyni yüklü verilişlərin, tutaq ki, əyləndirmənin çəkisi 35 faizi keçirsə, bu, artıq qanun pozuntusudur. Bununla bağlı ölçü götürülməsi üçün bizə səlahiyyətlər verilməsini istəyirik. Təklifimizin biri də milli-mənəvi dəyərlərlə bağlı İnzibati Xətalar Məcəlləsinə yeni bəndin əlavə edilməsidir”.