Fontu böyüt:
Microsoftun - istifadəçilərin daxil etdikləri axtarış sorğularını 6 ay müddətindən çox saxlamayacağı barədə açıqlaması böyük səs-küyə səbəb olub. Lakin ekspertlər bildirirlər ki, bu şirkətin marketinq siyasətidir. Onlar bildirirlər ki, başqa axtarış sistemləri ilk addımı atmayınca Microsoft bu işi başlamayacaq.
Xatırladaq ki, hazırda Microsoft axtarış sistemi istifadəçi sorğuları ilə bağlı məlumatları 18 ay saxlayır. Bu Google-dan 2 dəfə (9 ay), Yahoo!-dan isə 5 dəfə çox deməkdir (13 ay).