21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Çin Milli Müdafiə Texnologiyaları Universitetinin hazırladığı “Tianhe-2” superkompüteri dünyanın ən güclü superkompüterləri siyahısında lider olaraq qalır.
Belə ki, “Tianhe-2” bu günlərdə dərc
edilən beynəlxalq Top-500 reytinqində yenidən birinci yeri tutub. İldə iki dəfə
yenilənən siyahıda dünyanın 500 ən məhsuldar kompüter sistemi yer alır.
"Linpack” testində məhsuldarlığı 33,86 petaflopsa çatan “Tianhe-2” saniyədə
33,86 kvadrilyon kompüter əməliyyatını yerinə yetirməklə birincidir. İkinci
yerdə 17,59 petaflops məhsuldarlıq nümayiş etdirən ABŞ-ın Tennesi ştatının
Ouk-Ric Milli Laboratoriyasına məxsus “Titan” superkompüteri qərarlaşıb.
Ümumilikdə ilk onluğa yalnız bir
yeni sistem daxil ola bilib. Bu, ABŞ-ın adı açıqlanmayan dövlət müəssisəsində
quraşdırılan "Cray CS-Storm” (3,57 petaflops) sistemidir. ABŞ Top-500
reytinqində superkompüterlərin sayına (231) görə lider mövqeyini qoruyub.
Reytinqin dərc edildiyi 44 buraxılış ərzində ABŞ-ın mövqeyi tarixi minimuma
enib. Avropa öz iştirakını ötən ilin iyununa nisbətdə 130 superkompüterdən
166-dək artırıb. Asiya isə əksinə, 132-dən 120-dək, Çin 76-dan 61-dək azaldıb.
Yaponiya superkompüterlərin sayını 30-dan 32-dək artırmaqla öz mövqeyini qoruya
bilib, - “Xaker” yazır.