İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Vahid şarj cihazı standartı yaradılır

07.07.2009 [14:46]

Fontu böyüt:      

İnsanlar öz rahatlıqları üçün hər gün bir yeni kəşf edirlər. Bu dəfəki kəşf hamının sevincinə səbəb olacaq. Bildiyimiz kimi,hər telefon markasının özünə xas şarj cihazı var. Bu da insanların haqlı narazılığına səbəb olur.

İnsanlar öz rahatlıqları üçün hər gün bir yeni kəşf edirlər. Bu dəfəki kəşf hamının sevincinə səbəb olacaq.

Bildiyimiz kimi,hər telefon markasının özünə xas şarj cihazı var. Bu da insanların haqlı narazılığına səbəb olur. Nəzərə alsaq ki, bir evdə ən azı 5 mobil telefon və hərəsinin də fərqli şarj cihazı var, onda məsələ aydın olur.

Şarj cihazlarındakı müxtəliflik ekonomik və rahatlıq baxımından çətinlik yaradır, ən əsası isə ətraf mühitə zərbədir. Hər il zibillikləri dolduran şarj cihazı yığınları ətrafımıza inanılmaz bir zərər verir, sağlamlığımız üçün təhlükə yaradır. Bunları nəzərə alan mobil telefon istehsalçıları Avropa Birliyi üçün vahid şarj cihazı standartı yaratmaq üçün qərar veriblər. Standart mini USB istehsal ediləcək.

Bu qərarı verən qruplar arasında Avropa bazarının az qala hamısını əlində tutan Apple, Sony Ericsson, Nokia, Samsung, LG və NEC kimi firmalar da iştirak edir. Əsas məqsəd vahid şarj cihazı standartına keçərək ətraf üçün böyük nisbətdə faydalı olmaqdır. Beləcə həm tullantılar azalacaq, həm də insanlar uyğun şarj cihazı axtarmayacaqlar.

Statistikaya görə, hər il Avropa Birliyi ölkələrində 185 milyon telefon və bu qədər də şarj cihazı satılır. Bəzən yeni telefon alanda əlavə olaraq, şarj cihazı da almağa məcbur oluruq. İndi isə belə problem yaranmayacaq. Vahid mini USB-dən istifadə qərarının həyata keçirilməsi ilə şirkətlər öz gəlirlərini də unutmayıblar.Belə ki, şirkətlər şarj cihazını telefonlarla birlikdə verməyəcəklər, ayrıca satacaqlar. Çünki, bütün modellər üçün eyni şarj cihazı kifayət edəcək. Bununla da firmalar öz gəlirlərindən məhrum olmayacaqlar.


xeberler.az/Vüsalə
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar