21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 1348 nömrəli Sərəncamı “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyası və Dövlət Proqramının hazırlanması haqqında”dır. 13 fevral 2007-ci il sərəncamı ilə isə Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı təsdiq edilmişdir. Dövlət Proqramının həyata keçirilməsi iki mərhələdə nəzərdə tutulub.
Mütəxəssis Y.İmamverdiyevin sözlərinə görə, 1-ci mərhələdə -2007-2009-cu illər informasiya sisteminin yaradılması üçün normativ hüquqi bazanın yaradılması, təkmilləşdirilməsi istiqamətində biometrik informasiya haqqında qanun qəbul olundu. “Biometrik servislərin fəaliyyətinin təşkili üzrə Nazirlər Kabineti qaydaları təsdiq edib, fərdi məlumatların mühafizəsi haqqında qanun layihəsi hazırlanıb. Milli Məclisdə müəyyən mərhələlərdən keçirildi. Əlavə məlumatlar icazəsiz istifadə oluna bilir. Fərdi məlumatların mühafizəsi haqqında isə qanun qəbul olunmalıdır. 2-ci mərhələdə isə -2010-2012-ci illər biometrik texnologiyaların tətbiqi sahələrinin genişləndirilməsi və onların təkmilləşdirilməsi, biometrik informasiya servislərinin təşkil edilməsi nəzərdə tutulur. Biometrik texnologiyaların istehsalatda, elmdə və s. istifadəsi bizim üçün yenilikdir. Dünya təcrübəsinin öyrənilməsi üzrə biometrik passportların istehsalının təşkili üzrə müəyyən işlər görülübdür. Biometrik passportlar verən istehsalçılarla danışıq ölkənin, xarici ölkələrin təcrübəsinin öyrənilməsi, ümumiləşdirilməsi, ölkəmiz üçün ən optimal variantın seçilməsi üzrə işlər aparılır. Biometrik servislər deyəndə təkcə dövlət təşkilatları nəzərdə tutulmur, toplanmış biometrik məlumatlar ya mərkəzi bazada, ya da paylanmış verilənlər bazasında yığılacaqlar”.
Biometrik verilənlər bir dəfə alınıbsa, ondan ortaq şəkildə həm dövlət təşkilatları, həm də icazəsi olan biznes struktruları istifadə edə bilər.
Şəxsiyyətin tanınması üçün servis xidməti göstərilən zaman şəxsiyyəti identifikasiya etməyə zərurət yaranır. Bu zaman bir sıra hüquq mühafizə orqanları-sərhəd nəzarəti ilə məşğul olanlar - Xarici İşlər Nazirliyi viza sənədləri, şəxsiyyəti təsdiq edən vəsiqəni hazırlayan təşkilatlar, Səhiyyə, İq tisadi İnkişaf, Maliyyə Nazirliyi və s. ortaq şəkildə istifadə edə bilərlər. Azərbaycan İnformasiya Texnologiyaları İnstitutu isə bu dövlət proqramına elmi dəstək funksiyası həyata keçirir. //Vüsalə Əlövsətqızı_Milli.Az
Qeyd: Yazının original versiyası ilə burada tanış ola bilərsiz