21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
IREX (Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası) Medyaya yardım Layihəsi Amerika Hüquqşünaslar Assosiasiyası (ABA ROLİ) ilə birlikdə Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə jurnalistlər və hüquqşünaslar üçün bir günlük təlim keçir. Təlim “Məhkəməyəqədər proseslərin və məhkəmə işlərinin mediada işıqlandırılması” mövzusunda, Azərbaycan Media Mərkəzində 29 Avqust 2009-cu ildə keçiriləcək.
Təlimləri təcrübəli dörd mütəxəssis – Hüquqşünaslar İsaxan Aşurov və Ələsgər Məmmədli, habelə, jurnalistika sahəsində tanınmış professor Zeynal Məmmədli və “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova aparacaq.
Təlimlərdə məhkəməyəqədərki və məhkəmə zamanı hüquqi işlərin Azərbaycan mediasında işıqlandırılması zamanı yaranan problemlərdən, buraxılan səhvlərdən, habelə bunların aradan qaldırılmasından bəhs ediləcək, müxtəlif təcrübələr haqqında bilgi veriləcək. Eyni zamanda auditoriyanın yarısı hüquqşünaslardan, yarısı jurnalistlərdən ibarət olduğu üçün maraqlı müzakirələr, diskussiyalar təşkil ediləcək, interaktivlik təmin olunacaq. Təlimlərdə müxtəlif materiallarla bərabər “Jurnalistin Hüquq Məsləhətçisi” kitabı da pulsuz olaraq iştirakçılara paylanacaq.
Təlimlərdə 40 nəfərin (20 nəfər hüquqşünas, 20 nəfər jurnalist) iştirakı nəzərdə tutulur.
Təlim 2009-cu il Avqust ayının 29-da, şənbə günü saat 10:00-17:00 arasında keçiriləcək. Təlimlərdən sonra iştirakçılara sertifikat təqdim ediləcək.
Təlim aşağıdakı ünvanda keçiriləcək:
Azərbaycan Media Mərkəzi
Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 218
Təlimlərdə iştirak etmək istəyən jurnalistlər öncədən qeydiyyatdan keçməlidir. Qeydiyyat üçün təlimlərin koordinatoru Şahin Abbasovla əlaqə saxlamanız xahiş olunur.( [email protected] Telefon: 050 225 82 70. )
Təlimlərdə iştirak etmək istəyən hüquqşünaslar isə qeydiyyat üçün təlimlərin digər koordinatoru Pərviz Abbasovla əlaqə saxlamalıdır. ([email protected]. )