Fontu böyüt:
ABB-nın mətbuat xidmətindən AZADİNFORM-a verilən məlumata görə, bu xidmətə qoşulan plastik kart sahibinin kart vasitəsilə apardığı bütün əməliyyatlar barədə məlumatlar avtomatik olaraq onun mobil telefonuna daxil olur. Belə ki, əgər müştərinin kart hesabına hər hansı köçürmə edilmişsə, o cümlədən maaş, pensiyanın karta oturduğu barədə məlumat dərhal müştərinin mobil telefonuna göndərilir. Pensiyaçılar üçün bu xidmət xüsusilə əhəmiyyətlidir.
Onlar bankomata yaxınlaşmadan, banka yaxud Sosial Müdafiə Fonduna müraciət etmədən, heç bir əziyyət çəkmədən, vaxt itirmədən təqaüdün hesaba köçürüldüyü barədə məlumatı öyrənə bilərlər. Bu cür rahatlığı əldə etmək üçün pensiyaçılar "SMS Xəbərdarlıq" xidmətinə qoşulmalıdır.
"AzeriCard" pensiyaçıların bu xidmətə qoşulması mexanizmini maksimum sadələşdirib. İndi bu xidmətə qoşulmaq üçün "AzeriCard”ın 24 saat fəaliyyət göstərən “Müştəri Xidməti”nə (194, yaxud bütün telefonlardan: ulduz 2273, nəhayət 598 46 97) zəng vurub, kartın və telefonun nömrəsini təqdim etmək kifayətdir.
Qeyd edək ki, bu cür qoşulma üsulu yalnız pensiyaçılar üçün tətbiq edilir. Xidmətə görə təqaüdçüdən 10 qəpik həcmində ayliq abunə haqqı tutulur. Qoşulmanın digər üsulları da mövcuddur. Məsələn, bankın filialına müraciət edib, təqaüd kartının hansı telefon nömrəsinə bağlanılmasının arzu edildiyi bildirməlidir. ATM vasitəsilə qoşulmaq üçün kart bankomata daxil edilir, müvafiq menyu seçilir və klaviaturada mobil telefonun nömrəsi yığılır.