Ən qiymətli ilk 10 markadan 7'sinin texnologiya şirkəti olduğu siyahıda, Apple ilk dəfə onluğa düşməyi bacarıb
Dünyanın lider markalarını müəyyənləşdirən
Interbrand şirkəti ən qiymətli əmtəə nişanlarının növbəti siyahısını açıqlayıb.
Coca Cola bu il də dünyanın ən qiymətli markası seçilib. Siyahının ilk onluğunda texnologiya şirkətlərinin çoxluğu özünü göstərir. Belə ki, ötən ildən bu yana marka dəyəri ən çox artım göstərən 5 markadan 4-ünü texnologiya şirkətləri təşkil edir.
Ən qiymətli ilk 10 markadan 7'sinin texnologiya şirkəti olduğu siyahıda, Apple ilk dəfə onluğa düşməyi bacarıb.
Daha əvvəlki 11 hesabatda olduğu kimi, Coca Cola bu il hazırlanan 12-ci siyahıda da dünyanın ən qiymətli markası adını qoruyub saxladı. Dünyanın ən qiymətli markasının dəyəri son bir ildə 2 dəfə artaraq 71,8 milyard dollara çatıb.