İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Müasir texnologiyaların tətbiqi səmərəli vergi inzibatçılığının əsasıdır mövzusunda ictimai müzakirələr keçirilib

23.02.2012 [20:31]

Fontu böyüt:      

Fevral ayının 23-də Vergilər Nazirliyində Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının, Azərbaycan Hüquqşünasları Konfederasiyasının və Azərbaycan Respublikası Vergilər Nazirliyinin birgə təşkil etdiyi ictimai müzakirələr keçirilmişdir.
Fevral ayının 23-də Vergilər Nazirliyində Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının, Azərbaycan Hüquqşünasları Konfederasiyasının və Azərbaycan Respublikası Vergilər Nazirliyinin birgə təşkil etdiyi ictimai müzakirələr keçirilmişdir. Tədbirdən əvvəl Milli Məclisin və Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvləri, respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri Vergilər Nazirliyinin 195 Telefon-məlumat xidmətinin fəaliyyəti ilə tanış olmuşlar.  
Tədbiri giriş sözü ilə açan Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov iştirakçılara ictimai müzakirələrin məqsədi barədə məlumat vermişdir. S.Ələkbərov korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirlər, onların səmərəliliyi, bu prosesdə vətəndaş cəmiyyətinin iştirakı, şəffaflığın təmin olunmasında informasiya texnologiyalarının rolu, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər və elektron xidmətlərin tətbiqi məsələlərinə toxunmuşdur.
Azərbaycan Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, millət vəkili, Azərbaycan Hüquqşünasları Konfederasiyasının rəhbəri Əli Hüseynli korrupsiyaya qarşı mübarizə sahəsində qəbul olunmuş normativ hüquqi aktların, o cümlədən etik davranış qaydalarının əhəmiyyəti barədə məruzə ilə çıxış etmişdir. Elektron xidmətlərin tətbiqi sahəsində Vergilər Nazirliyinin dövlət orqanları arasında lider olduğunu vurğulayan Ə.Hüseynli belə bir inzibatçılıq sisteminin yaradılması nəticəsində vergi ödəyicilərinin və vətəndaşların maraqlarına uyğun müasir, şəffaf bir mexanizm formalaşdırıldığını bildirmişdir.
Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin məlumat və əməkdaşlıq Şəbəkəsinin koordinatoru, Azərbaycan Hüquqşünasları Konfederasiyasının idarə heyətinin üzvü Əliməmməd Nuriyev dövlət qurumlarında etik davranış kodeksinin qəbulunun əhəmiyyətindən söz açmış, bu kimi qaydaların şəffaflığın təmin olunmasında böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Bildirmişdir ki, etik davranış kodeksi korrupsiya ilə mübarizədə preventiv alət funksiyasını yerinə yetirir və dövlət qurumlarına ictimai etimadın yüksəldilməsinə xidmət edir.
Vergilər nazirinin müşaviri, vergi xidməti müşaviri Günay Cəfərli  “Şəffaflıq və müasir texnologiyaların tətbiqi səmərəli vergi inzibatçılığının əsasıdır” mövzusunda təqdimatla çıxış etmişdir. Təqdimatda vurğulanmışdır ki, vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vergi ödəyicilərinin hüquqlarının müdafiəsi və korrupsiyaya şərait yaradan halların baş verməməsi üçün vergi sistemində müasir texnologiyaların imkanlarından və bu sahədə beynəlxalq təcrübədən geniş istifadə olunur. Təqdimat vergi xidməti orqanlarında son illərdə korrupsiyaya qarşı aparılan mübarizə tədbirlərini – vergi işçisinin etik davranış kodeksinin qəbulu və təkmilləşdirilməsi, insan resurlarının idarə olunması və test üsulu ilə işə qəbul prosesi, Vergilər Nazirliyində aparılan struktur islahatları, rəsmi internet saytı, biznesə başlama prosedurlarının sadələşdirilməsi və on-layn qeydiyyat, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, vətəndaş müraciətlərinin araşdırılması, Vergi Apelyasiya Şurasının fəaliyyəti və s. məsələləri əhatə etmişdir.
İctimai müzakirələrdə millət vəkilləri Əli Məsimli və Çingiz Qənizadə, Azərbaycan İnternet Forumunun Prezidenti, Multimedia Mərkəzinin sədri Osman Gündüz, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov, Tacirlər və İstehlakçılar Birliyinin sədri Sevgim Rəhmanov, Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəri Vasif Mövsümov, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri  Mirvari Qəhrəmanlı və başqaları çıxış etmiş, tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

Analitik-informasiya şöbəsi
www.taxes.gov.az


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar