“Ookla” şirkəti “Speedtest.net” xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürətinə dair növbəti reytinq tərtib edib.
“Ookla” şirkəti “Speedtest.net” xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürətinə dair növbəti reytinq tərtib edib. Şirkətin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 4.71 Mbit/s təşkil edir. Xatırladaq ki, ötən ay bu göstərici 4.56 Mbit/saniyə olub.
Bakı üzrə bu göstərici 5.05 Mbit/s, Sumqayıt üzrə isə 3.08 Mbit/s təşkil edir.
Nəticələr şirkətin 2013-cü il oktyabrın 2-dən oktyabrın 31-dək apardığı eksperimental araşdırmalar əsasında əldə edilib. Testlərin aparılması üçün 359871 unikal IP ünvanı seçilib.
Azərbaycan daxil olan trafik reytinqi üzrə ötən ayla müqayisədə 1 pillə geriləyərək 118-ci yerdə qərarlaşıb. Sözügedən reytinqdə ilk üçlükdə müvafiq olaraq Honkonq (66.45 Mbit/s), Lüksemburq (55.36 Mbit/s) və Sinqapur (52.33 Mbit/s) qərarlaşıb.
Xaric olan trafikin orta sürəti 2.18 Mbit/saniyə təşkil edir. Xaric olan trafik üzrə reytinqdə Azərbaycan 116-cı yerdə qərarlaşıb. Bakı üzrə bu göstərici 2.36 Mbit/s, Sumqayıt üzrə isə 0.65 Mbit/s təşkil edir. Sözügedən reytinqdə ilk üçlükdə müvafiq olaraq Honkonq (55.13 Mbit/s), Lüksemburq (42.76 Mbit/s) və Cənubi Koreya (39.21 Mbit/s) yer alıb.
(ictnews.az)