Fontu böyüt:
Notebookların ən böyük problemlərindən biri də tez isinməsidir. Aparılmış araşdırmalara görə, dizüstü kompüterlər mətbəxdə istifadə etdiyimiz elektrikli suisidicilərdən daha çox qızır.
Fizika alimi Slava Rotkin inkişaf edən texnologiya ilə birilikdə bu problemin daha çox yayılacağını deyir. Rotkin kompüterlərin həddən artığ çox qızma səbəbini kompüterlərdə istifadə edilən heterogen qurğularda görür. O, nano balonlarda istifadə edilən silikon-dioksit (SiO2) sayəsində bu problemin həll edilə biləcəyini söyləyir.
Bununla birlikdə istiləşmə problemini kompüter strukturlarında havanın çölə çıxararan kanalların daha böyük olması əhəmiyyətli dərəcədə azalda bilər. İBM`in notebooklar üçün olan bu texnologiyasının yaxın zamanlarda tətbiq edilməsi gözlənilir.