Fontu böyüt:
Noyabrın 19-da “Azərkosmos” ASC-də cəmiyyətin Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində B.Eyvazov adına Elmi Tədqiqat və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib. Aksiyanın məqsədi qan xəstəliklərindən əziyyət çəkən insanlara təmənnasız kömək etmək olub.
Könüllülük əsasında keçirilən
aksiyada “Azərkosmos” ASC-nin əməkdaşları ilə bərabər “Azərpoçt” MMC-nin əməkdaşları
da iştirak edib.