İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Argentinada elektron siqaretlərin satışına başlanılıb

14.10.2009 [08:10]

Fontu böyüt:      

Argentinalı şirkət “Oxigen”in sözlərinə görə, “Latın amerikasında satışa çıxarılan elektron siqaretin ABŞ-da qadağan edilən analoqlarından əsas fərqi ondan ibarətdir ki , tərkibində nikotin və yaxud qətran yoxdur, katricində olan maye isə nanə, tütün, çiyələk və vanil ətirlidir.

Siqaretə qarşı mübarizə haqqında bütün dünyada danışırlar. Bu istiqamətdə müxtəlif ölkələrdə görülən tədbirlər bir-birindən çox fərqlənir. Bu gün siqaret çəkənlər öz həvəslərinin sağlamlıqlarına ziyan vurduqlarını bilirlər.

Tütündən asılılığın qarşısını almaq üçün hər il milyardlarla dollar xərclənir. Bu isə istehsalçıları siqareti tərgidənləri cəlb etmək üçün yeni üsullar axtarmağa məcbur edir. Buna görə də bu gəlirlərin bir hissəsi əsasən yeni vasitələr yaratmaq üçün xərclənir.

Elektron siqaretləri ilk dəfə Ruyan Group Ltd ( keçmiş Golden Dragon Group Ltd) Honkonq şirkəti ixtira etmişdir və 2003-cü ildə pantentləşdirmişdi. Bu gün bu şirkət elektron siqaretlərinin artıq 8-ci növünü buraxır.

Adi siqaretləri əvəz etmək üçün hazırlanmış elektron siqaretlərin satışına oktyabrın əvvəllərindən Argentinada başlanılıb. Elektron siqaretler artıq dünya ölkələrinin çoxunda satılır, ancaq Ümumdünya Səhiyyə Təşkilatı və Amerika Birləşmiş Ştatlarının ərzaq və dərman preparatlarına nəzarət üzrə idarəsi (Food and Drug Administration, FDA) hesab edirlər ki, elektron siqaretlər də adi siqaretlər kimi, sağlamlıq üçün ciddi təhlükə törədirlər. ABŞ-da və Avstraliyada onların satışı qadağan edilib.

Argentinalı şirkət “Oxigen”in sözlərinə görə, “Latın amerikasında satışa çıxarılan elektron siqaretin ABŞ-da qadağan edilən analoqlarından əsas fərqi ondan ibarətdir ki , tərkibində nikotin və yaxud qətran yoxdur, katricində olan maye isə nanə, tütün, çiyələk və vanil ətirlidir. Elektron siqaretə tərgitməyə kömək edən vasitə kimi baxmaq lazım deyil. Bu ancaq siqaretdən asılılığın azalmasına kömək edə bilər”. Kompaniyanın nümayəndəsi Sebastyan Homes onu da qeyd edib ki, “elektron siqaretin insan orqanizminə ziyanı yoxdur”.

Elektron siqaretlər xarici görnüşünə görə, adi siqaretlərdən fərqlənmirlər: onlar akkumlyatordan, buxar generatordan və ətirli maye ilə doldurulmuş dəyişik katriclərdən ibarət olan borucuqdur. Siqaretin ucu qullab vaxtı yanır, çəkən adam “tüstünü” alanda bu çəkmə prosessini təqlid etməyə imkan verir.

Hələlik elektron siqaretləri argentinalılar internetlə və yaxud telefonla sifariş edə bilirlər. Noyabr ayından isə elektron siqaretləri Argentinanın supermarketlərində və apteklərindən ala biləcəklər. Qiyməti isə 270 argentina pesosudur (təxminən 70 dollara yaxın).


xeberler.az/Kamilla
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar