Fontu böyüt:
Sevdiyiniz insana telefonda “öpdüm” demək yerinə həqiqi öpüş göndərmək mümkün olacaq. “KissPhone” adlı cib telefonu öpüş göndərmək xüsusiyyətinə malikdir. Telefonu fransız ixtiraçısı Georges Koussouros icad edib.
Telefonun üzərindəki dodaqlar sadəcə dekorativ deyil. Sizin öpüşünüzü qarşı tərəfə çatdırmağı bacarır. İxtiraçıya görə, öpücük göndərmək istədikdə telefondakı dodaqları qarşınızda adam olanda öpdüyünüz kimi öpürsüz və telefondakı sensor həmin öpüşü istiliyi ilə bərabər ünvanına çatdırır.
Yalnız qarşı tərəfdə də bu funksiyaya malik telefon olmalıdır. “KissPhone”nun maraqlı xüsusiyyətlərindən biri də yaddaşında “öpüş bankı”nın olmasıdır. Bu bankda tanınmış ulduzların öpüşləri var. Məsələn, siz istədiyiniz vaxt Madonnadan öpüş ala bilərsiz.