Fontu böyüt:
Dövlət Neft Fondu (ARDNF) Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsini kommersiya xarakterli olduğuna görə maliyyələşdirməkdən imtina edib.
Xeberler.az trend-ə istinadən məlumat verir ki, ARDNF-nin 2014-cü il büdcəsində bu məqsədlər üçün 100 milyon manat nəzərdə tutulub. Lakin Fond nəzərdə tutulan vəsaiti ayırmayıb, cari ilin büdcəsində isə bu vəsait nəzərdə tutulmayıb: “Bu, kommersiya layihəsi olduğuna görə onun başqa mənbələrdən maliyyələşdirilməsi qərara alınıb”.
Bir müddət əvvəl Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, layihə ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir və onun iqtisadi məqsədəuyğunluğu ilə əlaqədar digər mənbələrdən maliyyə resurslarının cəlb edilməsi ilə bağlı problem görünmür: "Bu layihə uğurla reallaşdırılacaq".