21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Cahangir Məmmədli: Qəzet 525-ci qəzetdə Qəzetdə qəzet rubrikası ilə dərc olunacaq
Bakı Dövlət Universitetinin jurnalistika fakultəsi təhsil ocağının 90 illik yubileyi ilə əlaqədar olaraq Jurnalist adlı qəzet buraxacaq. BDU-nun jurnalistika fakultəsinin kafedra müdiri, professor Cahangir Məmmədlinin verdiyi məlumata görə, oktyabrın 31-də Jurnalist qəzetinin 1-ci nömrəsi 525-ci qəzetin orta səhifəsində Qəzetdə qəzet rubrikası ilə çap olunacaq.
Qəzet 4 səhifədən ibarət olacaq: 525-ci qəzet jurnalistika fakultəsinin müəllim və tələbələrinin yaradıcılıq laboratoriyasıdır. Bizə bu qədər kömək göstərən bu laboratoriya həm də bizim qəzetimizi öz qəzetinin içində nəşr etməyə söz verib. Jurnalist 525-ci qəzetin tirajı sayında yayımlanacaq. Tələbələr də özlərinin olan bu qəzetdə yazılar yazacaqlar.
C.Məmmədli onu da bildirib ki, qəzetə redaktorluğu hər dəfə müəllimlərdən 1-i həyata keçirəcək. Bir müddətdən sonra isə redaktorluq da tələbələrdən birinə həvalə olunacaq. Qeyd edək ki, bundan sonra 525-ci qəzet ayda bir dəfə özünün şənbə nömrələrindən birində Qəzetdə qəzet rubrikası ilə Jurnalist qəzetini çap edəcək. // Olaylar