Fontu böyüt:
Bu gün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəsmi internet resursunun (www.sspf.gov.az) yenilənmiş versiyasının təqdimat mərasimi keçirilib.
DSMF-in saytı “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq yenilənib.
Hazırda sözügedən resurs azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. Portalın səhifələrində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti haqqında bütün lazımi məlumat yerləşdirilib. Burada qanunverici baza, pensiya islahatları, məcburi dövlət sosial sığorta haqqları, fərdi qeydiyyat, əmək pensiyaları, statistik göstəricilər və vətəndaşlar üçün faydalı ola biləcək digər məlumatlarla tanış olmaq mümkündür