İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azerfon və Softline Microsoft Enterprise Agreement müqaviləsini imzaladılar

16.04.2010 [20:11]

Fontu böyüt:      

Azerfon MMC və Softline International Azerbaijan şirkəti Microsoft Enterprise Agreement müqaviləsini imzaladıqlarını haqqında bəyanat yayıblar.

Azerfon MMC və Softline International Azerbaijan şirkəti Microsoft Enterprise Agreement müqaviləsini imzaladıqlarını  haqqında bəyanat yayıblar. Sözügedən sənəd 250-dən çox kompüteri olan və Microsoft platformasını korporativ standart kimi seçməyə hazır olan təşkilatlar üçün nəzərdə tutulmuş korporativ lisenziyalaşdırma proqramıdır. 

 Microsoft-un lisenziyalı məhsullarının istifadəsi haqda Softline ilə bağlanmış razılaşma Azerfon-a şirkətin biznes-prosesləri yerinə yetirmək üçün daha keyfiyyətli proqram təminatından istifadə etməkimkanı verir. Azerfon şirkəti keyfiyyətli rabitə xidmətləri təklif etmək məqsədilə müxtəlif müasir həlləri tətbiq edir və proqram təminatının lisenziyalaşdırma sahəsində lider olan Softline-nın dəstəyindən dəfələrlə faydalanmışdır.
Lisenziyalı məhsullardan istifadə etməyimiz Azerfon-un müasir biznes şəffaflığı prinsiplərinə uyğunluğumuzun və "business2business” formatlarında dünya standartlı tərəfdaşlıqlara istiqamətləndiyimizin sübutudur. Biz Microsoft-un lisenziyalı məhsullarını bu səviyyədə istifadə edən Azərbaycanın iri şirkətlərindən biriyik. Ümumdünya əqli mülkiyyət günü ərəfəsində bu razılaşma nəinki bizim üçün, hətta bütün Azərbaycan biznesi üçün xüsusi bir anlam daşıyır. Əminəm ki, qərarımız ölkənin digər şirkətləri üçün də proqram təminatının lisenziyalaşdırmasında bir nümunə olacaq”, - deyə, Azerfon şirkətinin Baş Əməliyyat Direktoru Feliks Vass qeyd etmişdir. 

“Azerfon-un İT-rəhbərliyi lisenziyaların idarəedilməsi texnologiyasını tətbiq etməklə proqram təminatının alınması məsələsinə çox düzgün bir yanaşma nümayiş etdirdi. Əsas məsələ istifadə edilən proqram təminatının yalnız leqallaşdırılmasından deyil, onun vasitəsilə istehsal və biznes proseslərin optimallaşdırılmasından da ibarətdir. Microsoft Enterprise Agreement korporativ lisenziyalaşdırma proqramını ilk növbədə qeyri-lisenziyalı proqram təminatından istifadə riskini azaltmaq məqsədilə təklif etmişik, çünki Enterprise Agreement müqaviləsinin qüvvədə olduğu müddətdə müştəri öz təşkilatında olan bütün kompüterlərdə, o cümlədən müqavilənin imzalanmasından sonra alınan yeni kompüterlərdə lisenziyalı proqram təminatını istifadə etmək hüququnu əldə edir. Softline-nın mütəxəssisləri tərəfindən işlənib hazırlanan fərdi ödəmələr sistemi maliyyə yükünü azaltmağa imkan verəcək”, - deyə, Softline şirkətinin Azerbaycandakı direktoru Alim Salahov qeyd edir.

Microsoft Enterprise Agreement çərçivəsində lisenziyalara görə ödəniş möhlətlə 3 il ərzində keçirilir ki, bu da illik büdcə yükünü azaltmağa imkan verir. Müqavilənin şərtlərinə görə müəssisə müqavilənin imzalanmasından sonra alınan bütün kompüterlərə razılaşmada qeyd olunmuş proqram məhsullarını yükləmək hüququna malikdir. Əlavə olunmuş lisenziyalar üçün ödəniş növbəti ödəmə zamanı həyata keçirilir. Seçilən lisenziyalaşdırma variantının mühüm üstünlüyü məhsulların yeni versiyalarını, yenilik və patçları istifadə etməyə imkan verən və bununla da müştərinin informasiya sisteminin təhlükəsizliyini və sistemin dünya tendensiyalarına uyğun şəkildə inkişafını təmin edən yeniliklərə abunə olmaq imkanının olmasından ibarətdir.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar