Fontu böyüt:
Windows 7 əməliyyat sistemində mərkəzi prosessor moduluna yeni imkanlar verilib. WARP (Windows Advanced Rasterization Platform) platformasının köməkliyi ilə prosessor qrafik adapterlərin də əvəzinə çalışa bilir.
Microsoft rəsmilərinin dediklərinə görə, WARP takt tezliyi 800 Mhs-dən başlayan prosessorlarda işləyəcək. Yeni imkanları nümayiş etdirməkçin, Microsoft, Crysis oyununu ən aşağı 800 x 600 ölçüsündə - videokartsız kompüterdə işə salıb. Videokartın bütün funksiyalarını Core i7 prosessoru yerinə yetirib və oyun saniyədə 7.36 kadr sürəti ilə işləyib.