Fontu böyüt:
Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) "Cəmiyyətin informatizasiyalaşdırılmasının effektiv qiymətləndirmə üsulları. İKT-nin inkişaf səviyyəsinin və şəraitin qiymətləndirmə göstəriciləri və indikatorları sistemi" mövzusunda üçgünlük regional seminarına start verilib. Regional Rabitə Birliyinin (RBB) dəstəyi ilə keçirilən tədbirdə bir sıra MDB ölkələrin rabitə administrasiyalarının nümayəndələri, eləcə də BTİ-nin ərazi bölməsinin nümayəndələri iştirak edir.
Seminarda informasiya-kommunikasiya texnologiyaların inkişafına dair milli strategiya və proqramların həyata keçirilməsi məsələsi çərçivəsində MDB ölkələrinin rabitə administrasiyalarının keçmiş sovet respublikalarında informasiyalaşdırma üzrə dövlət proqramlarının və informasiya cəmiyyətlərinin inkişaf strategiyalarının icrasına dair məruzələr dinlənəcək.
Seminar çərçivəsində RBB-nin regional təşəbbüslərinin həyata keçirilməsi istiqamətində Beynəlxalq Telekommunikasiya İttifaqı ilə əməkdaşlıq, dövlət elektron xidmətlərin tətbiqi üzrə regional seminarların keçirilməsi, eləcə də fövqəladə hallar və onların nəticələrinin aradan qaldırılması zamanı elektron səhiyyə və teletibb vasitələrinin tətbiqi və digər vacib məsələlər müzakirə olunacaq.