21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün Nar Mobile şirkəti abunəçilərinin sayının 1 milyona çatması ilə əlaqədar mətbuat konfransı keçirib.
Konfransda şirkətin 2 ildən az müddətdə əldə etdiyi nailiyyətlər haqqında məlumatlar verilib.
“Nar Mobile-ın əsas məqsədi durmadan inkişaf etmək, abunəçilərin bir nömrəli seçiminə çevirilməkdir. 2 ildən az bir müddət ərzində GSM bazarında böyük uğurla fəaliyyət göstərməyimizin nəticəsində abunəçilərimizin sayının bir milyonu keçdiyini böyük fəxrlə bəyan edirik” - Azerfon MMC-nin Baş Direktoru cənab Gido Helbix öz çıxışında qeyd edib.
Mətbuat konfransında Nar Mobile-ın bir milyonuncu abunəçisi Bakı Dövlət Univesitetinin 1-ci kurs tələbəsi 18 yaşlı Ayxan Babazadəyə xüsusi Nar Mobile təqaüdü təqdim olunub.
Xatırladaq ki, «Azerfon» şirkətinə mobil rabitə xidmətləri göstərməsi üçün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ilin dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb.