İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“iPhone 4” gözə gəldi

15.07.2010 [12:52]

Fontu böyüt:      

Qurğuları almaqdan vaz keçmək tövsiyə edilir ABŞ-ın istehlakçılar üçün nüfuzlu “Consumer Reports” jurnalı öz laboratoriyasında “iPhone 4” smartfonunu testdən keçirib. xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Consumer Reports” əldə etdiyi nəticələrə əsaslanaraq Apple şirkəti tərəfindən smartfonun antenası ilə bağlı problem həll olunmayana kimi bu qurğunu almaqdan vaz keçməyi tövsiyə edir.

Qurğuları almaqdan vaz keçmək tövsiyə edilir

ABŞ-ın istehlakçılar üçün nüfuzlu “Consumer Reports” jurnalı öz laboratoriyasında “iPhone 4” smartfonunu testdən keçirib. xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Consumer Reports” əldə etdiyi nəticələrə əsaslanaraq Apple şirkəti tərəfindən smartfonun antenası ilə bağlı problem həll olunmayana kimi bu qurğunu almaqdan vaz keçməyi tövsiyə edir.


“Consumer Reports”un apardığı müstəqil araşdırmada üç ədəd “iPhone 4” istifadə edilib. Müəyyən olub ki, mobil siqnalın qəbulu ilə bağlı problemlər antenanın konstruksiyası ilə əlaqəlidir. “Apple” şirkətinin bu vəziyyətlə bağlı rəsmi mövqeyi isə ondan ibarətdir ki, aparat sadəcə olaraq qəbul olunan siqnal səviyyəsini düzgün əks etdirmir.


“Consumer Reports”un apardığı təcrübələr radiodalğaların daxil olması mümkün olmayan xüsusi kamerada həyata keçirilib. Burada mobil operatorun baza stansiyasının modelləşdirən verici qurğu quraşdırılıb. Jurnalın ekspertləri müəyyən ediblər ki, smartfonun korpusunun sol aşağı hissəsinə toxunarkən doğrudan da siqnalın güclü itməsi baş verir. Zəif siqnal qəbulu zonalarında bu qoşulmanın tam kəsilməsi ilə nəticələn bilər. iPhone “3GS” və “Palm Pre” modellərin ilə aparılan analoji yoxlamalar zamanı həmin qüsurlar aşkar olunmayıb. Köməkçi vasitə kimi ‘iPhone 4”ün problemli sahəsininin üstünü yapışqan lentlə örtmək təklif olunur.


Qeyd edək ki, “Consumer Reports” ilk dəfədir ki, 2007-ci ildən, yəni iPhone seriyasının debütündən bu günə kimi bu smartfonlar haqqında mənfi rəy söyləyir. Bununla yanaşı, ekspertlər hesab edir ki, qeyd olunan böyük çatışmamazlıq nəzərə alınmasa, “iPhone 4” çox yaxşı smartfondur.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar