Fontu böyüt:
Facebook şirkətinin yaradıcısı və icraçı direktoru Mark Suxerberq sosial şəbəkənin
ünsiyyət alətləri arasında “dislike” düyməsinin yaradılmasına qarşı çıxıb. O,
bu haqda şirkətin Menlo-Park şəhərində yerləşən qərargahında mətbuat üçün
açıqlama verib.
“Bir çoxları “dislike” düyməsinin
yaradılmasını zəruri hesab etsə də biz bu haqda düşündük və qərara gəldik ki,
belə düymə yaradılmayacaq. Mən düşünmürəm ki, “dislike” düyməsi hansısa əhəmiyyət
kəsb edir və ya sosial şəbəkə cəmiyyətinə fayda gətirəcək. Siz istənilən postun
altında şərh yaza bilərsiniz" –deyə Suxerberq fikrini əsaslandırıb.
Facebook dünyanın
190,3 milyard kapitallaşmaya malik ən böyük sosial şəbəkəsidir. Aylıq
auditoriyası 1,19 milyard istifadəçi təşkil edir. 2013-cü ilin nəticəsinə görə,
sosial şəbəkənin mədaxili 7,87, xalis mənfəəti isə 1,5 milyard dollar olub.
Mənbə: ictnews