İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Müəllimlər üçün sosial servislər və İnternet texnologiyalar” mövzusunda Təlimlər başa çatıb

14.04.2012 [11:23]

Fontu böyüt:      

Təlimlər Mərkəz tərəfindən gerçəkləşən “Sosial servislərin pedaqoji imkanlarından effektiv istifadə mexanizmlərinin hazırlanması və İKT- dən istifadə edən müəllimlərin peşəkarlığının artırılmasına dəstək” Layihəsi çərçivəsində keçirilir.
Multimedia Mərkəzi tərəfindən həyata keçirilən “Müəllimlər üçün sosial servislər və İnternet texnologiyalar” mövzusunda Təlimlər başa çatıb. Təlimlər Mərkəz tərəfindən gerçəkləşən “Sosial servislərin pedaqoji imkanlarından effektiv istifadə mexanizmlərinin hazırlanması və İKT- dən istifadə edən müəllimlərin peşəkarlığının artırılmasına dəstək” Layihəsi çərçivəsində keçirilir.

Təlimlərin başa çatması ilə bağlı iştirakçılara Sertifikatıların təqdimetmə mərasimi keçirilib. Multimedia Mərkəzinin direktoru, adı çəkilən layihənin rəhbəri Osman Gündüz çıxış edərək Layihə haqqında və Təlimlər haqqında məlumat verib. Layihənin məqsədinin ölkədə təhsilin inkişafına kömək etmək olduğunu bildirib. ÜSAİD-in əməkdaşı Ülvi İsmayıl, İREX –in Yeni Media Proqramının rəhbəri Angela Nicoara və bu qurumun hüquqşunası Ələsgər Məmmədli çıxış edərək Lauyihənin gerçəkləşməsi nəzticəsində əldə olunan bilik və bacarıqların tədris prosesində faydalı olacağını vurğulayıblar. Onlar ölkədə təhsilin inkişafı istiqamətində həyata kçeirilən layihələrin dəstəklənməsində maraqlı olduqalrını bildiriblər. Təhsil Nazirliyinin nümayəndəsi Mirbaba Babayev də Sertifikatların təqdim edilməsində iştirak edib.
Təlimlərdə 25 məktəbdən 30 nəfərədək müxtəlif fənn müəllimləri iştirak edib. Təhsil Nazirliyinin “Eelektron məktəb” Layihəsinə qoşulan məktəblərin müəllimləri üstünlük təşkil edib.

Beş gün davam edən Təlim müddətində müəllimlər müxtəlif sosial servislərdən (foto, audio və video servislər, coğrafi servislər, kollektif redaktə imkanı verən servislərdən , mobil servislərdən və s) tədris məqsədilə istifadə sahəsində, o cümlədən bloqların yaradılması və tədris imkanlarının üzə çıxarılması sahəsində, sosial İnternetdən və təhlükəsiz İnternetdən təhsil məqsədləri üçün səmərəli istifadə sahəsində bilik və bacarıqlar ələdə ediblər. Təlimlərdə müəllimlərə nəzəri biliklərlə verilməklə bərabər daha çox praktiki bacarıqların formalaşmasına diqqət yetirilib.

Təlimlər təhsil və yeni media sahəsində ekspertlər Ramil Süleymanov, Aygün Əzizova, Rahilə Əliyarbəyova, Almaz Həsrət, Osman Gündüz, İlqar Mirzə və Rəşad Əliyev tərəfindən aparılıb.

Layihənin gələcəkdə digər təhsil müəssisələri və digər fənn müəllimlərinin də əhatə etməklə davam etdirilməsi nəzərdə tutulub.

Layihə Təhsil sisteminin informasiyalaşdırılması idarəsi ilə əməkdaşlıq şəraitində gerçəkləşir.

Layihə İREX təşkilatı tərəfindən dəstəklənib.

Günel


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar