Fontu böyüt:
Sosial media haqqında gələcək 10 ili qiymətləndirən Mark Zuckerberg, Kolumbiyada etdiyi bir çıxışında ümidli bir gələcək cədvəli çəkir. Gələcək 10 il içində də Facebook-a bir rəqib çıxmayacağını da iddia edir.
Zuckerberg, Facebookun gələcək 10 ili haqqında etdiyi planlar haqqında soruşulan suala, ümumi bir ictimai media qiymətləndirməsi edərək cavab verdi.
Zuckerbergə görə gələcəkdə 3 istiqamət əhəmiyyət qazanacaq: birincisi internetdən daha çox insan istifadə edəcək . Bu insanlar bir-biriylə ünsiyyətdə olmaq üçün köhnə internet saytlarını istifadə etməyəcəklər. Sosial media bu nöqtədə daha əhəmiyyətli bir hala gələcəyi üçün bütün sosial şəbəkələr yenilənmək və tələbi qarşılamaq üçün AR-GE-yə əhəmiyyət verməli olacaqlar.
Zuckerberg önümüzdəki 10 il içərisində bütün sosial şəbəkələrin tək rəqibinin hələ də Facebook olaraq qalacağını da iddia etdi. Başqa bir ictimai şəbəkənin ortaya çıxaraq Facebook potensialına çatmağının mümkün olmayacağını xatırladan Zuckerberg, ünsiyyət üçün ictimai medianın telefon nömrələrindən daha əhəmiyyətli olacağını da bildirdi.
Zuckerberg internet və kompüter istifadə vərdişinin tamamilə dəyişəcəyini müdafiə çıxışında, 2 milyard dollar ödəyərək aldığı Oculus texnologiyalarının da gələcəkdə çox əhəmiyyətli olacağını ifadə etdi.
Ağasəf Haqverdiyev