Fontu böyüt:
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil rabitə şəbəkələrdən abunəçilərə göndərilən reklam SMS-nin qarşısını almaq məqsədi ilə tədbirlər görəcək.
Rabitə və yüksək texnologiyalar
naziri Əli Abbasov dekabrın 3-ü “BakuTel-2014” telekommunikasiya sərgisində bildirib
ki, son zaman geniş müzakirəyə və mobil rabitə istifadəçilərinin
narahatçılığına səbəb olan reklam SMS-ləri məsələsi hazırda nazirlikdə müzakirə
edilir: “Bu prosesin qarşısının alınması məqsədi ilə mobil operatorların SMS
xidmətlərinin göstərilməsi üzrə xüsusi qaydalar hazırlanacaq”.