Fontu böyüt:
“Klaviatura arxasında oturan sərxoşlardan müdafiə” diqqətsiz məktubların faizini azaldacaq
Google şirkəti sərxoş Gmail istifadəçilərinin diqqətsiz məktublarının göndərilməsinin qarşısını almaq üçün müdafiəolunma fikirləşib.
Google-un məlumatında deyilir ki, istifadəçilər “klaviatura arxasında oturan sərxoşlardan müdafiə”-ni öz poçt xidmətlərində quraşdıra bilərlər.
Məktub göndərərkən “sərxoşlardan müdafiə” istifadəçiyə beş asan riyazi tapşırıq verir. Məsələn, 11 X 3. Əgər istifadəçi bu misalı həll edə bilmirsə, kompüter elə nəticə çıxarır ki, o sərxoşdur və onun məktublarının göndərilməsini ləğv edir.
Proqram cümə və şənbə günləri 22:00-dan 04:00-a kimi avtomatik olaraq qurulur. Tədqiqatlar göstərib ki, məhz bu vaxtlarda sərxoş istifadəçilər zarafatcıl, təhqiredici, kobud və diqqətsiz məktublar göndərirlər.
Proqramda istifadəçilərin rejiminə və planlarına uyğun olaraq sərbəst, istənilən vaxt qurulma imkanlarının olması da nəzərdə tutulub.