İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Hərbi jurnalistikaya dair tədbir keçirilib

28.10.2009 [22:00]

Fontu böyüt:      


Bu gün "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu tərəfindən maliyyələşdirilən "Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı" adlı layihə çərçivəsində "Hərbi məlumatların yayılmasında məhdudiyyətlər olmalıdırmı?" mövzusunda debat keçirdi. Tədbirdə QHT təmsilçiləri, jurnalistlər,  ehtiyatda olan zabitlər və Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin əməkdaşı Teymur Abdullayev iştirak edib.

Mövzuya beynəlxalq prinsiplər çərçivəsində yanaşan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasov çıxışında jurnalistin əldə etdiyi istənilən məlumatı balanslı şəkildə, senzurasız və dərhal yayılmasının  tərəfdarı olduğunu bildirib.

“Ayna” qəzetinin hərbi yazarı Elçin Eldəniz isə hesab edib ki, hərbi məlumatların yayılmasında əslində Müdafiə Nazirliyi jurnalistlərə kömək etməlidir.

“Manevr” Jurnalist  Araşdırmaları Mərkəzinin sədri Rəşad Süleymanov isə hesab edib ki, jurnalistlər hərbi xarakterli məlumatları yayanda həm də azərbaycanlı olduqlarını unutmamalıdırlar.

Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyinin sədri Yaşar Cəfərli  qanunvericilikdə dövlət və hərbi sirr anlayışları barədə məlumat verib.

Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) direktoru İldırım Məmmədov isə jurnalistin işinin məlumat əldə edib yaymaqdan ibarət olduğunu və buna heç bir maneənin yaradılmamağını lazım bildi. Müdafiə Nazirliyi rəsmisi T.Abdullayev isə  jurnalistlərin peşəkar şəkildə hərbi məlumatların verilməsində təmsil etdiyi nazirliyin də maraqlı olduğunu və bu istiqamətdə jurnalistlərlə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.

Habelə debatda “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri Üzeyir Cəfərov və başqaları da çıxış ediblər.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar