Fontu böyüt:
Sony kompaniyası yaxın vaxtlarda işçilərinin aylıq məvaciblərini bir illik gecikdirməyi planlaşdırır.
Hətta şirkətin yüksək vəzifələrində çalışan işçilərindən tutmuş menecerlərə qədər hər il alınan mükafatlarında belə endirimlər olunacağı gözlənilir.
Howard Stringer-in sözlərinə görə bu ilin yanvarında kompaniya 16 min işçi ixtisara salmaq fikirdədir. Mütəxəssilərin sözlərinə görə bu ilin başlanğıcından indiyə qədər Sony 2.7 milyard dollar itirib. İqtisadi böhran kompaniyanı ciddi addımlara imza atmağa sövq edir.