Fontu böyüt:
Naxçıvan Muxtar Respublikası Şərur rayonunundakı eramızdan əvvəl I minilliyə aid edilən Oğlanqala yaşayış yerində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, AMEA – nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi altında həyata keçirilən tədqiqat işlərinin nəticələri ilə bağlı yeni internet saytı hazırlanır.
ABŞ-ın Corciya Universitetinin professorları Lauren Risvetin və Hillari Kopnikin iştirakı ilə hazırlanan yeni saytın məqsədi dünya əhəmiyyətli arxeoloji abidə olan Oğlanqalada aparılan ekspedisiya işləri, ərazidə aşkar olunan məişət əşyaları, mixi yazılar haqqında dünya ictimaiyyətinə məlumat çatdırmaqdır.