Fontu böyüt:
Ölkə vətəndaşlarına informasiya vasitələri ilə tanışlığın və İKT üzrə ilkin biliklərin orta ümumtəhsil məktəblərində verildiyini nəzərə alaraq, Sumqayıt şəhər İcra hakimiyyəti və Sumqayıt şəhər Təhsil şöbəsi 2008-ci ildə məktəblilər arasında İKT sahəsində müsabiqə keçirmək təşəbbüsü ilə çıxış etmişdir. Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş ötən ilki müsabiqə nəticəsində ümumilikdə 300 nəfər şagird və Sumqayıt şəhərinin orta ümumtəhsil məktəblərində çalışan bütün informatika müəllimləri təlimlərə cəlb olunmuş, qalib şagird və müəllimlər dəyərli hədiyyələrlə mükafatlandırılmışdır.
İllik ənənəvi müsabiqə kimi əsası qoyulmuş layihə 2009-cu ildə Sumqayıt şəhərinin 60 illik yubileyinə həsr olunur. Bu il nominasiyalar daha da zənginləşdirilmiş, cari ilin "Uşaq ili" elan olunması ilə əlaqədar ibtidai sinif şagirdləri arasında müsabiqə də əlavə edilmişdir. Ötən il yalnız Sumqayıt şəhərinin orta ümumtəhsil məktəblərini əhatə edən müsabiqənin bu il coğrafiyası genişləndirilərək Abşeron və Xızı rayonlarının məktəblərini də əhatə etmişdir.
Bu yaxınlarda isə “Gənc informatiklər” müsabiqəsinin rəsmi elektron resursu - www.informatik.az fəaliyyətə başlayıb.
Sayt yaradıcılarının xeberler.az verdiyi məlumata əsasən hələlik bir səhifədən ibarət olan elektron resursun gələcəkdə “Gənc informatiklərin” yardımı ilə səhifələrin sayının artırılaraq,kitablar,ensiklopediyalar hazırlaması planlaşdırılar.
Məlumat üçün bidirək ki,layihənin baş sponsorları “HP” və Microsoft şirkətləridir.
Qeyd edək ki,biz də xeberler.az olaraq layihəyə informasiya dəstəyi verməkdən qürur duyur,gənc dostlarımıza gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.