İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Yeni Medianın yeni tədris modeli hazırlanmalıdır

22.11.2011 [15:03]

Fontu böyüt:      

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Multimedia Mərkəzi tərəfindən “Yeni media: kadr təminatı və peşəkarlıq” mövzusunda Konfrans keçirilib.

Bu gün   Beynəlxalq Mətbuat Mərkəzində Multimedia Mərkəzi tərəfindən “Yeni media: kadr təminatı və peşəkarlıq” mövzusunda Konfrans təşkil olunub.

Multimedia Mərkəzinin rəhbəri, AİF –in prezidenti  Osman Gündüz Konfransı açaraq onun məramı və məqsədi haqqında məlumat verib. Ölkədə Yeni Medianın sürətli inkişaf etdiyi bir məqamda adı çəkilən mövzunun kifayət qədər önəmli olduğunu diqqətə çəkib. O, yeni media mütəxəssislərinin hazırlanması istiqamətində peşəkar müzakirələrə  ciddi ehtiyac olduğunu bildirib. Konfransda  Mətbuat Şurasının sədri Əflatun Amaşov açılış nitqi ilə çıxış edib. O, artıq ölkədə İnternet medianın bir infrastruktur olaraq formalaşdığını və insanların informasiya münasibətlərində yeni media subyektlərinin mühüm yeri olduğunu qeyd edib. O, Yeni Medianın inkişafına ciddi diqqət  yetirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə atılan addımları dəstəklədiyini və bu sahənin son dövrlərdə Mətbuat Şurasının da nəzərində olduğunu qeyd edib.

Konfransda Osman Gündüz “Yeni medianın vəziyyəti və peşəkarlıq”, BDU-nun  Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi Kafedrasının müəllimi Könül Niftəliyeva “Jurnalistika təhsilində yeni medianın yeri” və weboxu.com bloqunun sahibi, AİF İH üzvü Şaiq Muradov “Sosial mediadan effektiv istifadə imkanları” mövzularında təqdimatlar ediblər.
Təqdimatlarda  bütövlükdə yeni medianın mövcud vəziyyəti, problemlər və onların aradan qaldırılması ilə bağlı Təklif və tövsiyələr öz əksini tapıb. Ölkədə dinamik inkişaf edən yeni media sektorunun hazırda əsas problemlərindən birinin də kadr təminatı ilə bağlı olduğu qeyd edilib. Problemin aradan qaldırılması üçün ali təhsil müəssisələrində yeni tədris modelinin yaradılmasının vacibliyi, Universitetlərdə tələbələrin praktiki bacarıqlar əldə etməsi üçün şəraitin yaradılması, onlayn laboratoriyaların təşkil edilməsi, tədris  və biznes sektorunun əməkdaşlığının zəruriliyi və digər səmərəli təkliflər irəli sürülüb.

Konfransda mövzu ətrafında səmərəli müzakirələr aparılıb. Müzakirələrdə İREX-in əməkdaşları Ələsgər Məmmədli Mürsəl Əliyev, AMEA ITI-nin şöbə müdiri Rasim Mahmudov, BDU-nun və Naxçıvan Dövlət Universitetlərinin kafedra müdirləri Cahangir Məmmədli və Seyid Surə, Qafqaz və Xəzər  Universitetlərinin İnternet jurnalistika müəllimləri Emin Hüseynzadə və Aydın Xan, RİTN-nin nümayəndəsi Kamal Məmmədov, Sahil şirkətinin direktoru Vahid Qasımov, BDU-nun beynəlxalq jurnalistika üzrə magistri, yeni media sahəsində fəaliyyət göstərən  Ellada Mustafayeva, yeni media mütəxəssisi Azər Nəzərov, BDU-nin Jurnalistika fakültəsinin dekan müavini Əli Hacıyev və digərləri çıxış ediblər.

Çıxışlarda yeni media sahəsində yeni yaranan münasibətlərə, yeni kadrlara olan tələbata,  yeni medianın tədrisi vəziyyətinə ciddi diqqət  yetirilib. Peşəkar yeni media mütəxəssislərinin hazırlanması üçün təhsil, biznes və İKT sektorunun birgə səylərinin  gücləndirilməsinin vacibliyi bildirilib. Yeni medianın tədrisinin təkmilləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Yeni media ilə əlaqəli fənnin əsas fənn olaraq tədris edilməsinin vacibliyi vurğulanıb.
Konfransda  İnternet media qurumları və Jurnalistika təhsili verən ali təhsil müəssisələrin nümayəndələri, yeni media texnologiyaları sahəsində çalışanlar, dövlət qurumları  və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Konfransın yekununda  irəli sürülən təklif və tövsiyələrin ümumiləşdirilərək  yeni medianın tədris modelinin hazırlanmasında istifadə ediləcəyi  qeyd olunub. Gələn ilin əvvəlində yeni medianın tədris modelinin layihəsinin  müzakirəyə çıxarılacağı bildirilib.

Konfrans Multimedia Mərkəzinin həyata keçirdiyi ”Yeni medianın  tədrisinin təkmilləşdirilməsi” Layihəsi çərçivəsində keçirilir. Layihə ABŞ - Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənib.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar