Fontu böyüt:
Yeni növ USB 3.0 istehsal ediləcək. Bu ilin sonuna kimi qurğunun hazırlanmasına başlanılacaq. Bir ildən sonra isə qurğu satışa buraxılacaq. İstehsalçı şirkət Promoter Groupun açıqlamasına görə, USB 3.0-ün adı Superspeed USB olacaq. Texnologiyanın inkişafı insanı informasiyanın sürətlə ötürülməsini tələb etməsi ilə nəticələnir. Odur ki, şirkət USB 3.0-ü buraxmaqla üzərilərinə düşən vəzifəni yerinə yetirməyə çalışır. Superspeed USB əvvəlki USB-dən 10 qat çox, saniyədə 300 MB ötürmək qabiliyyətində olacaq. Qeyd edilib ki, bu format əvvəlki USB 2.0 ilə də uyğunlaşacaq.