Fontu böyüt:
Azərbaycanın ABŞ-dakı səfirliyi “Google maps” xidmətində Naxçıvan Muxtar Respublikasının yanlış olaraq Azərbaycan ərazisi kimi göstərilməməsi ilə əlaqədar nöqsanın aradan qaldırılması üçün “Google” şirkətinə müraciət edib.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfirliyin müraciətinə cavab olaraq, “Google” şirkətinin rəhbərliyi “Google maps” xidmətinin yeni yaradıldığını və hələ də müəyyən nöqsanların olduğunu etiraf edib. Şirkətdən bildiriblər ki, problemin qısa zamanda aradan qaldırılacaq və səfirlik bununla bağlı məlumatlandırılacaq.