İKT üzrə informasiya mərkəzi və Mobitel şirkəti (Nokia Mobile şirkətinin Azərbaycanda rəsmi distribüteri), Caspian Telecom (HTC və Blackberry-nin Azərbaycandakı distribüteri), İntegral (Samsung Mobile şirkətinin Azərbaycandakı rəsmi distribüteri) jurnalistlər üçün “Mobil telefonlar: özümüzü saxta cihazlardan necə qorumalı” müsabiqəsi elan edib.

Müsabiqə bu mövzular üzrə keçiriləcək:
- “İMEİ kodları vasitəsilə saxta cihazları necə aşkar etmək olar?
- “Saxta mobil telefonu əldə edən istifadəçiləri hansı təhlükələr izləyir?”
- “Rəsmi olaraq idxal edilən mobil telefonların üstünlükləri”
- “Niyə qeyri-leqal çatdırılmış telefonları almaq olmaz”
- “Qeyri-leqal çatdırılan telefonları alan istifadəçiləri nə gözləyir?”
- “IMEI-kodun təyinatı və əhali üçün onun qeydiyyatının üstünlükləri”
Müsabiqədə qəzet, jurnallarda yerləşdirilən məqalələr, televiziyalar, radio, həmçinin internet KİV-lər , eyni zamanda radio, TV reportajları iştirak edə bilərlər. Müsabiqəyə təqdim edilməsi üçün işlər aprelin 15-nə kimi
[email protected] ünvanına göndərilməli yaxud (070) 315 51 51nömrəsinə zəng edilməlidir. Radio və TV-reportajlar CD disklərdə yaxud flash-kartlarda təqdim olunmalıdır.
Müsabiqə qaliblərini münsiflər heyəti təyin edəcək. Dörd ən yaxşı məqalə müəllifi smartfonlarla(Samsung Salaxy II, Nokia Lumia 800, Blackberry 9900 и HTC Rhyme) təltif olunacaq.