İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Elektron Səhiyyə Mərkəzi yaradıldı

29.12.2014 [16:37]

Fontu böyüt:      

Azərbaycanda ilk dəfə olaraq, səhiyyə xidmətlərinin “bir pəncərə” prinsipi ilə bir mərkəzdən təqdim olunmasına başlanılıb.

Azərbaycanda ilk dəfə olaraq, səhiyyə xidmətlərinin “bir pəncərə” prinsipi ilə bir mərkəzdən təqdim olunmasına başlanılıb.

Bu gün səhiyyə naziri Oqtay Şirəliyev, nazir müavinləri, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyev və digər rəsmi şəxslərin iştirakı ilə Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinin açılışı olub.

Açılışdan sonra mətbuat nümayəndələri mərkəzlə tanış olublar.

Mərkəzin məsul şəxsi Ləman Mursaqulova jurnalistlərə bildirib ki, Elektron Səhiyyə Mərkəzi “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində yaradılıb.

Onun sözlərinə görə, elektron xidmətlərin göstərilməsi şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün zəruridir.

Yeni mərkəzdə əhaliyə 15 elektron xidmət göstəriləcək. Həmin xidmətlər tibb müəssisələrinə işə qəbulla əlaqədar müraciətlər, tibb mütəxəssislərinin sertifikasiyası, lisenziyaların verilməsi, dərman vasitələrinin dövlət qeydiyyatından keçməsi, xaricdə tibb təhsili almış vətəndaşların işə buraxılması, səhiyyəyə aid hüququ məsləhətlər, tibb mütəxəssislərinin hazırlığa və ixtisas kurslarına göndərilməsi, tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi və səhiyyəyə aid olan digər məsələlər daxildir.

L.Mursaqolova deyib ki, mərkəzə müraciət edənlər “bir pəncərə” prinsipi ilə vaxt itkisinə yol vermədən keyfiyyətli xidmətdən istifadə edə bilərlər: “Mərkəzin üstünlüyü ondadır ki, vətəndaş birbaşa məmurla deyil, xüsusi təlim keçmiş mütəxəssislərlə ünsiyyətdə olacaq. Elektron Səhiyyə Mərkəzinin yaradılmasında məqsəd şəffaflığı qorumaq, vaxt itkisinə yol verməməkdir. Burada bütün prosedurlar çox asan icra olunur. Mərkəzə daxil olan vətəndaş ilk olaraq koordinatora yaxınlaşır. Koordinator onun probleminin istiqamətini müəyyən etdikdən sonra növbəti terminala yaxınlaşaraq operatora müraciət edir. Operator vətəndaşın şəxsiyyət vəsiqəsini oxucu cihazla skan etdikdən sonra 15 mövzudan birini seçir. Daha sonra vətəndaşa sıra nömrəsi təqdim olunur və o, müəyyən edilən operatorun yanına keçir”.

L.Mursaqulova bildirib ki, növbə terminalı dünyada ən müasir elektron növbə prinsipini icra edən avadanlıqlardandır. Bu mərkəzdə nazirliyə müraciət etmiş şəxs öz müraciətinin həllinin gedişatı, hansı mərhələdə olması barədə də məlumat əldə edə biləcək. Mərkəz vətəndaşlığından asılı olmayaraq, hər kəsə həftənin 6 iş günü ərzində xidmət göstərəcək. Mərkəzdə 10 nəfər əhaliyə xidmət göstərəcək.(trend)


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar