Fontu böyüt:
Qlobal şəbəkədə təhlükəsizlik texnologiyasına Avropa İttifaqı tərəfindən 55 milyon avro məbləğində vəsait ayrılacaq. Həmin vəsait hesabına, şəbəkədə istifadəçilər, xüsusən də uşaqlar üçün təhlükəli materiallar yerləşdirən şəxslərin aşkar olunmasına dair effektiv texnologiya yaradılacaq. Regions.ru yazır ki, Avropa hakimiyyətinin məlumatına əsasən, internetdə etika qaydalarının və ya qanunun pozulması hallarının yarısı, hər necə olursa olsun, uşaq pornoqrafiyası ilə bağlıdır.
Avropalılar kiber cinayətkarların vahid məlumat bazasını yaradacaqlar ki, bu bazaya, həm Avropada törədilmiş kiber cinayətlər, həmdə bu cinayətlərlə əlaqədar olan şəxslər barədə məlumat daxil ediləcək.
Qlobal şəbəkə cinayətkarlarının vahid məlumat bazasının Avropol – Avropa İttifaqının polis xidməti tərəfindən işlənib hazırlanacağı nəzərdə tutulub. Həmçinin Avropol nümayəndələri xüsusi saytın işə salınacağını bildiriblər ki, bu resurs vasitəsi ilə istənilən istifadəçi internetdə dələduzluq halları barədə məlumat yerləşdirə biləcək.
Mənbə:mincom.gov.az